Şou-biznes

Nadir: “Özü aşiq-məşuqda sayı itirib, amma camaata dərs keçir!”

3 Noyabr 2023 12:35
Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sosial verilişlərdə insanların hissləri ilə oynamayaq. Ora gələn insanlar onsuz da problemlidirlər. Normal insan ailə problemlərini efirdə danışırsa, deməli, anormaldır. Bir az da onu verilişdə müzakirəyə qoyub üstünə gedirik".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib. 

O bu sayaq verilişlərə müraciət edənləri qonaqların ittiham etməsini düzgün saymayıb:

"Həm də həmin adamın üstünə kimlər gedir... Baxırsan, öz ailəsi yoxdur, amma ailə dərsi keçir. Axı özün başdan-ayağa problemsən. Əvvəlcə özünü tərbiyələndir, sosiallaşdır, problemini həll et, sonra mənə dərs keç! 

Biri studiyada oturub, tanıyıram o kimdir, aşiq-məşuqunun sayı hesabı yoxdur. Amma camaata əxlaq dərsi keçir. Stop! Olmaz! O insanlar bədbəxtdir. Problemi olana kömək edə bilirksə, edək. Edə bilmiriksə, sənə kim ixtiyarı verib, üstünə qışqırıb alçaldırsan. Allahdan qorx!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.