Şou-biznes

"Ögey atam mənə daha çox atalıq edib"

1 Noyabr 2023 10:05
Baxış: 2 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".

Milli.Az bildirir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Nura Suri deyib.

O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:

"Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur".

Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:

"Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.