Şou-biznes

Nigar Camal küsülü olduğu həmkarlarından danışdı: "Hamıdan uzaq dururam"

1 Noyabr 2023 07:12
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Camal MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, küsülü olduğu həmkarlarından danışıb: "Mübahisə etdiyim insanlarla çoxdan barışmışam. Hamıdan uzaq dururam. Aygün Kazımovanın ad günündə Samirə Əfəndi ilə barışmışam. Onunla bir masada oturduq".

Nigar Camal aparıcının "Ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində yenidən təmsil etmək istərsinizmi" sualına "Xeyr, yenidən istəmirəm. Müsabiqədə birinci yerə çıxmışam. Fəxri qonaq kimi iştirak edə bilərəm. Hətta iki həftədən sonra Hollandiyaya gedəcəyik, orada festivalda iştirak edəcəyik", - deyə cavab verib.

Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov "Avroviziya 2011" beynəlxalq mahnı müsabiqəsində qalib olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.