Şou-biznes

Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - FOTO

30 Oktyabr 2023 09:53
Baxış: 2 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avroviziya 2024" seçim turunun növbəti mərhələsi uğurla başa çatıb.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, seçilən 16 müğənni arasında tanış isimlər, o cümlədən, "Avroviziya-2018" təmsilçimiz "Aisel" (Aysel Məmmədova) da var.

Təmsilçilərimiz isə bunlardır: Aisel, Tofiq Hacıyev və Camal Qurbanov, "Emy Lia", Rilaya, Mari, İlkin Dövlətov və Mila Miles və Etibar Əsədli, Səbinə Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Ələsgər, Rahib Mirzəyev və Tofiq Yadiqar, Səbinə Quluzadə, Qorqud, Fahree. 
Münsif qismində isə "Avroviziya-2009" Aysel Teymurzadə və ölkəmizə 2011-ci ildə sözügedən yarışmanın sevincini və qalibiyyətini yaşadan Nigar Camal yer alıb.  

Qeyd edək ki, 16 namizəddən biri təəssüf ki, seçim mərhələsinin bu turunda iştirak edə bilməyib.

Bu səbəbdən 15 namizəddən biri ölkəmizi gələn ilin mayında "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.