Şou-biznes

Küsülü olduğu deyilən müğənnilər canlı yayımda GÖRÜŞDÜLƏR - VİDEO

25 Oktyabr 2023 14:05
Baxış: 1 686
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Küsülü olduğu deyilən müğənni Fədayə Laçın və Tacir Şahmalıoğlu efirdə bir araya gəliblər. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, duet ortaqları "Rəngarəng səhər"də görüşüblər. 

Tacir canlı yayıma gələrək Fadayəyə əlində gül çələngini təqdim edib və aralarında küsülülüyün olmadığını dilə gətirib: 

"Çox insanlar elə düşünürlər ki, biz küsülüyük. Amma bu əsla belə deyil. Hətta biz duet ortağı olanda belə, bir-birimizin xətrinə dəyməmişik. Fədayə böyük sənətkardır. Biz davamlı telefonla da danışırıq. Hər il onun ad günündə zəng edib, təbrik edirəm". 

Fədayə isə qarşı tərəflə aralarında heç bir problemin olmadığını bildirib: 

"Mənim Tacirlə aramda heç bir problem yoxdur. Çoxları bizim "salam-əleyki"mizin olduğuna inanmır. Amma bizim normal münasibətlərimiz var. Əgər mən Bakıda olsam və Tacir oğlu Şahmarın toyuna məni çağırsa, gedərəm. Amma Moskvada olsam, söz vermirəm. Məndə yalan yoxdur. Amma ödənişimi etsə, gələrəm (gülür)". 

Qeyd edək ki, Tacir Şahmalıoğlu müsahibələrin birində "Fədayə Laçınla 6 il bir yerdə oxumuşuq, əlbəttə münasibətimiz olub" açıqlamasını vermişdi.

Eyni zamanda Tacir Fədayənin bacısı İlahə Fəda ilə düşmən mövqeyindədir. İlahə açıqlamalarında dəfələrlə Taciri təhqir edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.