Şou-biznes

“Toppuş bacı”nın qızı seriala çəkilir - VİDEO

11 Oktyabr 2023 23:25
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

Milli.Az publika.az-a istinadən  xəbər verir ki, bu barədə "Xəbər-ətər" verilişində danışılıb.

O, "İkinci bahar" adlı serialda "Toppuş" obrazını canlandırır.

Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: "Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək".

Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. "Toppuş bacı" obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.