Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaz Ələsgərli: «Dursam ayağa, hamını yıxacam!»
21 May 2010 09:35
Baxış: 1 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Məlum ailə olayından sonra görünməməyiniz sizin hələ də təsir altında olduğunuzu, yaxud bərk incidiyinizi göstərir. Vəziyyət necədir?
- Ürəyim sınıb. Özümdən, sənətimdən yox. Əsasən televiziya kanallarından incimişəm. Bu gün insanlara, sənətə hörmət qalmayıb. Sənəti olan və olmayan eyni tərəzinin gözündən keçirilir. Səviyyə itib. Kim necə bacarır, özünü irəli, meydana atır. Telekanallarda da aləm qarışıb bir-birinə.
- Bu səbəbdən efirlərə çıxmırsınız?
- Əslində ürəyim istəyir efirə çıxım. Deyirlər ki, "qadağadasan". Bu mənə daha böyük zərbə vurur. Soruşuram nəyə görə? Sonra xəbər gəlir ki, "yox, qadağa yoxdur". Sənətçi ilə oyuncaq oynayırlar. İndi də eşidirəm ki, filan verilişlər pulludur. Hətta sənətçiyə görə, qiymət də oxuyurlar. Yəni, filankəsin qiyməti bu qədərdirsə, mənə bir az aşağı məbləğ oxuyurlar. Nə bilim. İnanın sənətə də marağım qalmayıb. Başımı aşağı salıb qazanc yoluna düşmüşəm. Toylarımı oxuyuram. Məni sevənlər çoxdur və bilirəm ki, qazancım az-çox olacaq. Bu proses nə vaxta kimi uzanacaqsa, bir o qədər də gözləməli olacam.
"Bombanı partladacam!"
- Sizin sadaladığınız efir problemləri dünənin mövzusu deyil. Amma siz bu qərarı qızlarınızın boşnaraq ana evinə qayıtdığı xəbərindən sonra ortaya atmısınız. Çünki bir müddət əvvəl özünüz də ailə həyatı qurmuşdunuz və uzun zaman efirlərdə görünmədiniz. Münasibətlər normal davam etmədiyi üçün ayrılıb xəbərinizi eşitdik və yenidən efirlərə qayıdış etdiniz. Amma o vaxt eyni problem ola-ola indiki kimi şikayət etmirdiniz. Mənə elə gəlir ki, sizi sındırmağa çalışdılar...
- Bu, həmin insanların səviyyəsindən irəli gəlir. Əslində, özümü sınmış kimi hiss etmirəm. Mən Almazam. Sadəcə, öz qərarımla kənara çəkilmişəm. Səhnədə baş verən hadisələri kənardan müşahidə edirəm. Görüm məndən sonra nə edirlər? Kimləri yıxırlar, kimlərə ağzına gələni deyirlər? Bu vəziyyətin bir sonu olacaq. Amma kimlərinsə təsiri altına düşüb, sənətimi atmaq istəmirəm. Çünki artıq püxtələşmiş bir sənətçiyəm və çörəyimi müğənni kimi peşəmdən qazanıram. Dursam ayağa, bilirəm ki, hamını yıxacam. Amma yavaş-yavaş dururam.
- Söhbət sənətdən gedir, yoxsa?...
- Bəli, sənət haqqında danışıram. Hazırda Gövhər Həsənzadənin Cəlal Qurbanovun sözlərinə yazdığı mükəmməl bir mahnının üzərində çalışıram. Yaşar Baxış mahnını aranjeman edir. Sizə bir neçə gün əvvəl bildirdiyim kimi, mahnıya klip çəkəcəm və burada Amerikadan gətirilən bahalı avtomobillərdən istifadə ediləcək. Klipi Ülviyyə Könül çəkəcək. Bir neçə gün əvvəl Ülviyyə xanımla bu barədə danışmışam. Bir sözlə, hər bir işimin bir tutar nöqtəsi olacaq. Yəni, "bomba" partladacam.
"Filankəsi yıxım, pul alım"
- Şou-biznes nümayəndələri "rahat hulqum"a çevrilib. Nədənsə, onları yıxmaq, sındırmaq başqalarına nisbəndən daha asandır. Niyə görəsən?
- Bunu ancaq səviyyəsiz insanlar edirlər. Birdəki bəzi müğənnilər az oxuyub, çox pul qazanmaq istəyirlər. Pul insanları korlayır. Amma baxır kimi. Əgər bir insan körpəliyindən ailəsində pul, dolanışıq görübsə, onda hərislik baş qaldırmır. Bir də insana baxır. Məsələn, mən kasıb ailədə böyümüşəm. Sonradan özüm pul qazanmağa başladım. Yəni, pulu birdən-birə görməmişəm. Kasıbçılıq nədir bilmişəm. Amma hərisliyim olmayıb. Amma bəzi sənətçilər sənətə az oxuyub, çox qazanmaq məqsədi ilə gəliblər. Səviyyə yox, şou yox. Elə hey deyirlər filankəsi yıxım, pul alım.
- Necə xarakterdə insansınız? Yəni, özünüzü hansısa bir zərbəyə əvvəlcədən hazır görə bilirsiniz?
- Mənim uşaqlarımı yıxdılar, məni yıxdılar. Amma biz Mahsun Kırmızıgülün mahnısında deyildiyi kimi "yenə ayakdayıq..." (gülür). Gül kimi uşaqlarım var. Kiminsə uşağına sataşana bilirəm ki, Allah ağır cəza verir. Heç kimə, düşmənimin uşağına da pislik arzulamıram. Kaş həmin insanların işi mənimlə olardı. Amma uşaqlarımı hədəf seçdilər. Bilmirdilər ki, məni necə yıxsınlar. Heç nə tapa bilmədilər. Sonra hansısa "düşüyü" efirə çıxardıblar, mənim haqqımda nə isə deməyə çalışdı. Qarşıma çıxan hər bir insan məni saxlayıb deyir ki, "onlar düz eləmədilər". Hər kəs özünü mənim yerimdə təsəvvür edir və bizi ləkələmək istəyənlərə bəraət qazandırmır. Onlar az oxuyub, az bilən insanlardırlar. Heç onlara baş qoşmaq da istəmirəm.
- Söhbət konkret olaraq, qudalarınızdan gedir, yoxsa, burada hansısa sənət adamının da əli var?
- Məsələdə adı keçənlərin hamısını nəzərdə tuturam. Qudalarım başda olmaqla. Həyatda özümüzə ən vacib olan can sağlılığını arzu edirəm. Qadın özünə ər də tapa bilər, pul da tapa bilər. Can sağlığı olmasa, biz bunlara nail ola bilmərik.
"Uşaqlarıma əli ilə toxunan olarsa, nələr etmərəm!"
- Ailənizin hazırkı durumu necədir?
- Yaxşıdır. Təsir altından tamamilə çıxa bilmişik. Sadəcə, içimdə nifrət hissi qalıb. Bir də bəzi televiziyalardan incik düşdüm. Bunlar da müvəqqəti hisslərdir. Bir də məclislərə düşəndə, müşahidə edirəm ki, hamı ya televiziyadakı maqazin süjetlərindən danışır, ya da hansısa müğənnini müzakirə edir. İnsanların mənə qarşı münasibətini görür və şad oluram. Bu, mənə bəsdir. Amma mən anayam. Uşaqlarıma əli ilə toxunan olarsa, nələr etmərəm?!. Həyatdı. Kimin başına nə gəlmir? Oğul anası ola bilər, amma qız anası heç vaxt övladlarının həyatını yıxmaz.
"Qızlarıma görə bu günəcən də qapımızı döyənlər var"
- Qızlarınızın boşanması ilə bağlı xəbər yayılanda, demişdiniz ki, qismət olsa, yenə ailə həyatı quracaqlar. Qapınızı bu məqsədlə döyənlər var?
- Bəli, istəyənlər var, özü də çoxdur.
- Yəqin, qızlarınızın birinci uğursuz evliliyindən sonra tərəddüdləriniz çox olur...
- Əlbəttə. Yüz ölçüb, bir biçmək lazımdır. Qızlarım ayrılandan sonra onlara görə bu günə qədər qapımızı döyənlər var. Amma tələsmirəm. Axı mən qızlarımı oxutmamışdım. Orta məktəbi bitirən kimi qapıma dirəndilər ki, "alırıq". Mən də keçə bilmədim. Amma indi belə düşünmürəm. Əvvəlcə təhsil, sonra ailə. Hazırda böyük qızım xaricdə təhsil alır. Balaca qızımın da təhsili haqqında düşünürəm. Söz vermişəm ki, ikisini də ali savadlı edəcəm. Düzdür, olaylar bizi çox üzdü. Amma atalar misalı var ki, "hər nə olur, yaxşılağa doğru olur". Bizim də qismətimiz belə idi. Allah məni çox istəyib və imtahana çəkib.
- Qızlarınızı ailə qurmazdan əvvəl özünüzlə məclislərə aparır, çəkilişlərə cəlb edirdiniz. Hətta ikisindən birinin müğənniliyə həvəsinin olduğunu da eşitmişdik. Bu həvəs hələ də qalır?
- Qızlarım çox savadlıdır. Musiqi onların iliyinə işləyib. Bəlkə də məndən də gözəl müğənni ola bilərlər. Amma özləri qətiyyən bu sənətə gəlməyi istəmirlər. Evdə oxuyurlar. Elə olur onların səsini lentə yazdırıram. Hərdən özləri deyirlər ki, filan mahnını yazdıraq, onlara kömək edirəm. Amma məni bərk-bərk tənbeh eləyirlər ki, "bunlar heç yerə çıxmamalıdır". Onların səs yazılarını arxivimdə saxlayıram. Hərdən qulaq asıb, şənlənirik. Doyunca gülürük.
"Qızlarım ayrılanda, daha çox mən stress keçirdim"
- Sənətçi olduğunuz üçün sizin hər hansı bir məsələdə hisslərinizi görə və fikrinizi eşidə bilirk. Qızlarınız ailə probleminin təsirindən necə çıxa bildilər?
- Qızlarımın mənim kimi anaları var. Mən onları vəziyyətdən çıxarmaq üçün analıq qayğımı onlara göstərdim. İmkan vermədim ki, fikir etsinlər. Onlar da məni həmişə özlərinə arxa bilirlər. Övladlarım ayrılandan sonra daha çox mən stress keçirdim. Özümə gələ bilmirdim. Prodüserim məni tək qoymadı, yanımda oldu. Mənə ürəkli olmağımı bildirdi. Amma qızlarımın təsir altına düşməsinə imkan vermədik. Onlara bilet alıb, xaricə istirahətə göndəridm. Yaxşı-yaxşı istirahət etdilər. Hər şeyi unutular. Bəzən həmin hadisələri mən yada salıram. Amma onlar bu barədə ümumiyyətlə, fikirləşmirlər. Əgər mən dəyərsiz, işi-gücü olmayan bir qadın olsaydım, onlar vəziyyətdən belə asanlıqla çıxa bilməzdilər.
- Keçmiş həyat yoldaşları barışmaq məqsədi ilə qapınızı döyüb?
- İndiyənə kimi yalvarırlar. Onlar qəti sürətdə qayıtmayacaqların bildiriblər. Mən də buna razı olmaram...
Xədicə
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
Rəqsanəyə ağır itki - (Video)
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
XƏBƏR LENTİ
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi