Şou-biznes

Mərhum qardaşının övladlarını paylaşıb, bunları yazdı - FOTOlar

13 Sentyabr 2023 17:56
Baxış: 2 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Balaşın əkizlərinin ad günü olduğunu vurğulayıb.

Xatun "Zəhra və Firanın 6 yaşı tamam olur. Ürəyimdə o qədər sözlər var, amma fikrimi cəmləşdirib yaza bilmirəm. Əslində nə hisslər keçirdiyimi dilimə də gətirə bilmirəm. Yalnız Allah bilir, yenə də bu günə şükür edirəm. Rəbbimdən iki gül qızlarım üçün sağlamlıq, uzun ömür, gözəl bəxt, iman, ağıl, savad istəyirəm. Can parçalarım, Allah sizi qorusun. Balaşım, ruhun şad olsun, nurlar içində yat" deyə, əkizləri təbrik edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.