Şou-biznes

Sibel Can son halı ilə görənləri heyrətləndirdi - VİDEO - FOTO

12 Sentyabr 2023 17:54
Baxış: 2 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur ulduzu Sibel Can son görünüşü ilə görənləri heyrətləndirib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, İzmir şəhərində canlı solo konsert proqramı ilə çıxış edən sənətçi xeyli çəki alması ilə diqqətləri üzərinə cəmləyib. 

Sibelin artıq kilolarını gizlətmək üçün əyninə geyindiyi uzun qara libas da köməyinə çatmayıb. Əksinə müğənninin "kökəlməsi" daha da qabarıq formada üzə çıxıb. 

Sosial şəbəkə əhli bu halını Sibel Cana bağışlamayıblar. İzləyicilər ulduzu artıq çəkili olmasını başına qaxınc ediblər. Onlar "Çox çəki almısan", "Nə günə düşmüsən" kimi şərhlərlə sənətçini tənqid atəşinə tutublar. 

Sibelin müdafiəsinə isə sosial şəbəkə fenomeni Selin Ciğərci qalxıb.  

"Bu qadının səsi şərbətdir. İstədiyi çəkidə ola bilər. Bəlkə onun səhhətində problemləri var. Hər zaman 90.60.90 olmaz ki,...", - deyə Selin vurğulayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.