Şou-biznes

Lalə əməliyyatlarından DANIŞDI - FOTO

18 Avqust 2023 12:35
Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova açıqlamaları ilə diqqətləri üzərinə cəmləyib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırıb. 

Onlardan birinin "Plastik əməliyyatdan sonra özgüvəniniz artıb?" sualına Lalənin cavabı belə olub: 

"Daxili və xarici özgüvənim hər zaman olub. Səhnə olmasaydı yəgin ki, bu dəyişimlər də olmayacaqdı. Başqa səbəb yoxdur". 

Ünvanlanan suallar arasında Məmmədova cavab verib ki, heç bir şou proqramlarda iştirak etmir: 

"Artıq son beş ildir ki, restoranlarda keçirilən şou proqramlardan imtina etmişəm. Yalnız konsertlərdə və toy məclislərində iştirak edirəm". 

Müğənni, həmçinin tezliklə yeni layihələrini təqdim edəcəyini, eyni zamanda konsert vermək niyyətində olduğunu da vurğulayıb. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.