Şou-biznes

Nigarın futbolçu qızı ilə hərarətli BODRUM TƏTİLİ - VİDEO - FOTO

16 Avqust 2023 12:00
Baxış: 6 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal futbolçu qızı Jasminlə bərabər Türkiyəyə tətilə yollanıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi bir sıra həmkarları kimi Bodruma üz tutub. 

Dəbdəbəli otellərin birində istirahətin dadını çıxaran Camal və qızı Jasmin sərinlənmək üçün dənizə baş vurublar. 

Nigar qızı ilə paylaşdığı şəkillərə "Yayı çox sevirəm. Mənimlə olanda məni mükəmməl edirsən. Mən səni sevirəm Jasmin" sözlərini yazıb. 

"Ana-bala"nın Bodrumda çəkib sosial şəbəkə hesablarında yayımladığı fotolar isə izləyicilər tərəfindən maraq və bəyənmə ilə qarşılanıb. 

Qeyd edək ki, Nigar Camalın qızları Jasmin və Səidə İngiltərədə yaşayır və orada təhsil alırlar. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.