Şou-biznes

Selena illər sonra ona böyrəyini verən rəfiqəsi ilə görüşdü - FOTO

13 Avqust 2023 21:08
Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Selena Qomez və ona böyrəyini bağışlayan rəfiqəsi Fransia Raisa uzun müddət sonra birlikdə görüntüləniblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rəfiqələrin bir müddətdir görüşməməsi onların küsülü olması haqda defi-qoduların yayılmasına səbəb olub. Bildirilib ki,  Selena böyrəyini ona bağışlayan Fransiyanın nəcib jestini qiymətləndirməyib. Üstəlik, o qədər də məşhur olmayan bir qızı məşhur dostlarına dəyişib.

Söz-söhbətə son qoymaq istəyən Selena rəfiqəsi ilə Los-Ancelesdəki bir restoranda şam yeməyinö yollanıb. Onlar bənzər ayaqqabı ilə diqqət çəkiblər.

Paparatsilər tərəfindən görüntülənən qızlar heç bir sualı cavablandırmadan hadisə yerindən uzaqlaşıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.