Şou-biznes

Nəsibə Abdullayeva və Fərrux Zakirov Bakıya gəlir

1 Avqust 2023 21:30
Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 1-dən 4-dək Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət Günləri çərçivəsində sözügedən ölkənin tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı, həmçinin tamaşalar, kitab sərgisi və digər tədbirlər nəzərdə tutulub. Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.

Dörd gün davam edəcək Mədəniyyət Günləri çərçivəsində Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Qaşımjon İsmayılov, Züleyxa Boyxanova, Gülsənəm Mamazoitova, Canisbek Piyazov, Səməndər Alimov və başqaları Azərbaycan tamaşaçıları qarşısında çıxış edəcəklər.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.