Şou-biznes

Azərbaycanlı model ərə gedir - Küçədə sevincdən qışqırdı

27 İyul 2023 16:46
Baxış: 7 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva evlənəcəyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Cihangirdə küçələrin birində müxbirlərlə rastlaşan model məsələ ilə bağlı danışıb.

O, tezliklə ailə həyatı quracağını bildirib.

"Tezliklə evlənəcəyəm. Evlilik təklifi aldım. Mütləq gəlib çəkərsiniz. Adı Daviddir", - Musayeva deyib.

Bildirilir ki, aktrisa müxbirlərdən uzaqlaşdıqdan sonra küçədə "Evlənirəm" deyərək qışqırıb.

Günay Musayeva 2011-ci ildə türkiyəli aktyor Tolqa Karel ilə ailə həyatı qurub. Ancaq 4 il sonra 2015-ci ildə qalmaqallı şəkildə boşanıblar. Onların bu evlilikdən bir oğlu var.

Günay Musayeva və Tolqa Karel

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.