Şou-biznes

Pərəstişkarları Vəfa Şərifovaya HÜCUM ÇƏKDİLƏR - ANBAAN VİDEO

16 İyul 2023 14:11
Baxış: 2 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vəfa Şərifovanın başına iş gəlib. 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Masallıda konsert proqramı ilə çıxış edən sənətçiyə pərəştişkarları hücum çəkib.

Əvvəlcə ifalarını sərgiləyən Vəfa səhnənin kənarında dayanan və onu seyr etməyə gələn tamaşaçılarla şəkil çəkdirib.

Bundan sonra Şərifova səhnədən enərək tamaşaçıların arasına qatılıb. Müğənnini yaxından görən fanat ordusu onun üzərinə gəlib. Məqsəd isə Vəfa ilə şəkil çəkdirmək olub. 

Şərifova fanat selindən bir anlıq özünü itirib və nə edəcəyini bilməyib. Tamaşaçıları arasında qısılan müğənninin köməyinə mühafizə xidməti gəlib.

Onlar müğənnini pərəştişkarlarının əlindən almaq üçün xeyli güc sərf ediblər. Sonunda Şərifovanı onların arasında ayıraraq kulisə doğru aparıblar.

Həmin görüntülər isə sosial şəbəkələrdə yayılaraq izləyicilər tərəfindən maraq və təəccüblə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.