Şou-biznes

"Bakıdakı konsertdə gördüyümü heç vaxt unutmaram"- Emel Sayın - VİDEO

5 İyul 2023 23:08
Baxış: 2 365
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az xəbər verir ki, "Feride", "Mavi boncuk" kimi mahnıları və rol aldığı filmlərlə Azərbaycan tamaşaçısının da qəlbinə yol tapan Türkiyənin tanınmış müğənni Emel Sayın olay-a açıqlama verib.

Sevilən ifaçı Azərbaycanda olan konsertlərini heç vaxt unutmayacağını dilə gətirib:

"Azərbaycan Xalqını, onların sevgisini, gözəl qəlbini, qonaqpərvərliyini, orada baş tutan konsertlərimi unutmadım, heç vaxt da unutmaram. Onları çox sevirəm".

"Məni dəvət edin, gəlim. Böyük məmnuniyyətlə" - deyə Emel Sayın Bakıda konsert proqramı ilə çıxış edə biləcəyini açıqlayıb.

İfaçı sonda Azərbaycandan olan dinləyicilərinə salamlarını və sevgilərini çatdırıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.