Şou-biznes

"50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?" - Aparıcı-aktyordan NARAZILIQ

24 İyun 2023 08:30
Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı-aktyor Sərxan Kərəmoğlu çəkilən filmlərdən narazılıq edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  "MTV xəbər"ə danışan aktyor hazırda mədəniyyət sahəsində yalnız televiziya kanalların və toya gedənlərin əməyinin olduğunu bildirib:

"İnsan ruhən ölür. Aktyor nə etməlidir? Bir filmi 50-60 min manata çəkirlər. Amma ondan bu məbləği qazana bilmirlər. 50 minə çəkilən filmin keyfiyyəti nə olacaq?".

S.Kərəmoğlu teatrlardan da gileylənib:

"Böyük sənətkarlar artıq tamaşaya gəlmirlər, yola verirlər. Teatr aktyorları və rəhbərlikləri arasındakı qalmaqallar... Elə teatr rəhbərləri tanıyıram ki, səhnəyə çıxanda özünü 5 dövlətin sahibi kimi aparır. Onun yanında hansı aktyor sərbəst ola bilər?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.