Şou-biznes

Mina hamını aldadıbmış... - VİDEO - FOTO

23 İyun 2023 12:30
Baxış: 6 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mina Hüseyn bir müddət əvvəl instaqramda paylaşdığı şəxs barədə danışıb.

Milli.Az olay.az-a istinadən bildirir ki,  ifaçı bu barədə "Şou xəbər" proqramında məlumat verib.  Mina deyib ki, İstanbulda şəkil çəkdirdiyi bəyi PR üçün istifadə edib:

"O da bir PR-dır. Üzünü gizlətmək insanlara maraqlı gəlir. Yazırlar ki, görəsən, bu bəy kimdir. Ona görə bir bilsəniz, mənə nə qədər insan zəng vurub. Deyirdilər ki, bu bəy filankəsin sevgilisinə, ərinə oxşayır. Yox, qətiyyən. Mən elə işlərlə məşğul deyiləm. O bəy xalis subaydır. Hətta dedilər ki, həmin şəkli göndər ona baxaq. O oğlan da subaydır, mən də subayam. Hər şey yaxşıdır və heç kim heç kimin sevgilisi deyil. Ailə həyatı qurmuram və buna hazır da deyiləm". 

Qeyd edək ki, həyat yoldaşın ayrılan Mina qısa müddət sonra üzünü gizlətdiyi bəylə instaqramda şəklini paylaşmış, "həyatıma xoş gəldin" şərhini yazmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.