Şou-biznes

Röyanın bəyaza bürünən möhtəşəm doğum günü - VİDEO - FOTO

14 İyun 2023 14:53
Baxış: 4 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan dünən 41 yaşı tamam olması münasibətilə təmtəraqlı doğum günü keçirib.

Milli.Az xəbər verir ki, tədbirdə tanınmış aparıcılar, müğənnilər, aktyor və aktrisalar, həmçinin blogerlər və jurnalistlər iştirak edib.

Tədbirin dress-kodu isə ağ rəng olub. Odur ki, bütün qonaq gecəyə ağ rəngli geyimlərdə gəliblər. Müğənni özü isə ad günündə bir neçə paltar dəyişib. Tədbirin açılışında uzun arxalığı olan qırmızı qısa paltarda gəlsə də, sonradan o da ağ geyinib, möhtəşəm ad günündən foto və videoları sosial mediada paylaşıb.

Ad günündə Xalq artistinin oğlu Hüseyn də olub. Müğənni tortu kəsərkən oğlu "Dünyanın ən gözəl anası" deyə qışqıraraq onu təbrik edib. Ad günü atəşfəşanlıqla başa çatıb. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.