Şou-biznes

Tolikin ad günündən qayıdan Şəfiqə Nağıyevanı maşın vurdu - “Xəstəxanadadır…”

6 İyun 2023 09:12
Baxış: 3 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş verib.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən təsdiq ediblər.

İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

"Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən "KİA" markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.