Şou-biznes

"Əməliyyatdan əvvəl Dianaya oxşayırdım"

20 May 2023 18:24
Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı Diananın fanatı olduğunu etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Günaydın, Azərbaycan" verilişində danışan aparıcı özünün onla bənzərliyindən danışıb:

"Mənim ən sevdiyim qadın Diana idi. Əməliyyatlardan əvvəl məni ona bənzədirdilər. Bir ara bütün geyimlərim də oxşayırdı. Amerikadan təsadüfən bir rejissorla görüşmüşdüm. Qalxdı gəldi ki, siz şahzadəyə oxşayırsınız. Əməliyyatdan sonra burun dəyişdi, belə deyil. O qadın öləndə 40 gün yas saxladım, yemək yemədim. Afrikaya belə ona görə getdim. Onun Afrikaya səfərini, uşaqlarla münasibətini izləyirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.