Şou-biznes

Filip Kirkorov: “Səfurə “Eurovision”da mütləq birinci olacaq”

16 May 2010 18:03
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, konsertdə Filip Kirkorov, Ani Lorak, "PM" qrupu, iş adamı Emin Ağalarov və onun həyat yoldaşı Leyla Əliyeva da iştirak ediblər. Onlar Səfurənin vokal göstəricilərini qiymətləndiriblər və ona Osloda mayın sonlarında keçiriləcək müsabiqədə uğurlar arzulayıblar.

Səfurə Əlizadənin çıxışını diqqətlə izləyən məşhur müğənni Filip Kirkorov bildirib ki, o, müsabiqədə mütləq birinci olacaq: "Səfurə mənim favoritlərimin siyahısına daxildir. Mən Pyotr Naliçi və onun "Guitar" hitini sevirəm. Amma əminəm ki, Səfurə qalib gələcək".

Gecədə iştirak edən şoumen Timur Rodriges də Səfurənin şansları ilə bağlı Vilip Kirkorovla həmfikirdir: "Səfurə çox istedadlıdır. Onu uğur gözləyir".

Səfurə Əlizadə isə çıxışından sonra bildirib ki, təqdimatın baş tutduğunu düşünür: "Moskvada məni çox isti və səmimiyyətlə qarşıladılar. Hamıya xoş sözlər və dəstəyə görə təşəkkür etmək istəyirəm. Mən müsabiqədən sonra bura mütləq qayıtmağa və bir neçə konsert verməyə çalışacam. Əgər qələbə ilə qayıtsam, ikiqat xoş olacaq".

Konsertdən dərhal sonra Səfurə Əlizadə "Avroviziya-2010" müsabqəsinə hazırlıqları davam etdirmək üçün Osloya yola düşüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.