Şou-biznes

"Əri ilə xoşəxtlik pozları verməklə deyil" - ATMACA

15 May 2023 10:08
Baxış: 12 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Çağlar Ökten ilə ailə quran müğənni və aparıcı Seda Sayan tez-tez əri ilə xoşbəxtliyini əks etdirən şəkillər paylaşır. Televiziya proqramlarından birində canlı yayıma qoşulan Seda Sayan "çox gözələm, mənə aşiq olmamaq mümkün deyil" şəklində açıqlama verib. Bu isə görünür, bəzi qadın həmkarlarının qısqanclığına səbəb olur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni Seren Serengil Seda Sayanı biabır etməyə çalışıb.

O, Seda Sayanın onu yamsıladığını iddia edib: "Seda özünü mənə oxşatmağa çalışır. Mən hansı plastik əməliyyatı keçirirəmsə, o da eynisini edir. Mənim getdiyim doktorlara müraciət edir. Yalandan əri ilə xoşəxtlik pozları verməklə deyil, Seda Sayan mənə həsəd aparır".

Seda Sayan hələlik Serengilin bu iddialarına cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.