Şou-biznes

Keyt Uinslet və qızı “qırmızı xalı”da göz qamaşdırdı - FOTO

15 May 2023 16:06
Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur britaniyalı aktrisa Keyt Uinslet Londonda (İngiltərə) keçirilən BAFTA Televiziya Mükafatları mərasiminə 22 yaşlı qızı Mia Tripleton ilə birlikdə iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onların geyimi sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər xüsusən Hollivud ulduzunun gənc görünüşünü və zövqlü geyimini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Mia Tripleton Keyt Uinsletin ilk evliliyindən olan qızıdır. 

"Titanik" filmi ilə karyerası parlayan ulduz 1998-ci ildə britaniyalı kinorejissor Cim Tripletonla evlənib, 2001-ci ildə isə boşanıb.

Yeri gəlmişkən onu da bildirək ki, Uinslet və qızının birlikdə çəkildiklər "I Am Ruth" serialı BAFTA mükafatına namizəddir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.