Şou-biznes

Günel “Banu”dan getdi - Əvəzləyən şəxs haqqında bu sözləri yazdı

9 May 2023 16:26
Baxış: 5 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Space TV"də yayımlanan "Banu" verilişinin heyətində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcı Günel Həsənzadə layihədən ayrılıb. Verilişə aparıcılıq etmək isə şairə Nazilə Səfərliyə həvalə olunub. O, bununla bağlı payılaşım edərək, Günelin xarici ölkəyə köçdüyünü vurğulayıb:

"Space TV"nin 17 illik mirası olan "Banu" Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. Mənə də asan olmayacaq, "Banu" izləyicilərinin könlünü almaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü.

Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.