Şou-biznes

Mələkxanım Eyubovanın gəlininin son durumu

29 Aprel 2023 10:46
Baxış: 2 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən həyat yoldaşında son durumu ilə bağlı sosial şəbəkədə paylaşım edib:

"Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm".

Cəfər Nəcəfov "Hər şeyə hazır olun", "Xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var" ifadələrinin onun üçün eşidə biləcəyi ən ağır sözlər olduğunu da qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.