Şou-biznes

Mehriban Zəkinin Oqtay Əliyevlə düşdüyü qəzadan sonra ilk FOTOsu

3 Aprel 2023 21:51
Baxış: 3 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa keçirdiyi avtomobil qəzasından sonra sosial şəbəkədə ilk fotosunu paylaşıb.

Sənətçi şəklinə "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən" sözlərini yazıb.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.