Şou-biznes

Balaəli idarə etdiyi "Range Rover"i icarəyə götürüb? - Əmioğlusu məsələyə AYDINLIQ GƏTİRDİ

1 Aprel 2023 21:42
Baxış: 5 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sosial şəbəkələrdə Meyxanaçı Balaəli Rzayevin idarə etdiyi "Range Rover" markalı avtomobilin onun deyil, "Rent A Car"dan icarəyə götürüldüyü ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı məşhur söz ustadının əmisi oğlu İlqar Rzayev referans.az-a danışıb. O, sözügedən avtomobilin Balaəliyə məxsus olduğunu və iddiaların yersiz olduğun bildirib:

"Sosial şəbəkələrdə bu kimi rəylərlə mən özümdə qarşılaşıram, lakin bunların həqiqəti əks etdirmədiyini bildirmək istəyirəm. Balaəlinin "Range Rover" sürməsini bəzi insanlar qəbullana bilmir və ya belə deyim ki, gözləri götürmür. Buna görə də sosial şəbəkələrdə ağızlarına gələni danışırlar. Hətta bir ara həmin "Range Rover"in guya Balaəlinin dostunun belə olduğunu danışanlar var idi. Ölkədə olan əsas problemlər qalıb kənarda, hərkəs Balaəli bir maşın alıb, almayıb onu gündəm edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory