Əməkdar artistin avtomobilindən oğurluq olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Babək Niftəliyevin "Range Rover" markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib.
Milli.Az "qaynarinfo"ya istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş. Qurbanov küçəsi 19 ünvanında yerləşən "Nizami Mall" ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini "Trend 34" mağazasının qarşısında saxlayıb.
Maşını düymə ilə işə salınıb-söndürüldüyü üçün o, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünüb, bundan sonra mağazaya giriblər. Bu zaman muğam ifaçısının xanımı Sənubər Niftəliyeva özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoyub. 50 manat dəyərində olan çantada 920 manat pul olub.
Alış-verişdə pulu çatmayan müğənni təxminən yarım saat sonra avtomobilin yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in 102 məlumat xidmətinə məlumat verib.
Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti) törətdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə Səbuhi Səfərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Babək Niftəliyev bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni törədən şəxs isə cəzasını çəkəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





