Şou-biznes

Xərçəngdən əziyyət çəkən Gülbahar Şükürlünün son durumu

27 Mart 2023 20:00
Baxış: 1 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, qarmon ifaçının səhhəti ilə bağlı məlumat əldə etmək üçün onunla əlaqə saxlanılıb.G.Şükürlü açıqlamasında sağlamlıq vəziyyətini qısaca belə şərh edib:

"Səhhətim normaldır. Hazırda dincəlirəm. Danışmaq istəmirəm. Sonra zəng vurarsınız".

Qeyd edək ki, 10 ildir ki, xərçənglə mübarizə aparan Gülbahar Şükürlü bir müddət əvvəl verdiyi müsahibədə xəstəliyinin müalicəsi üçün 100 min manat pul xərclədiyini bildirmişdi. O, bundan başqa müalicə məqsədilə qızıllarını, mənzilini və bağ evini satdığını vurğulamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.