Şou-biznes

“Çəkisi çox olan xanımlar ailə həyatı qurmalı deyillər?”

21 Mart 2023 03:16
Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beh o vaxt qaytarıla bilər ki, problem mən tərəfdən olsun, əks halda qaytarılmır"
 
"Çəkisi çox olan xanımlar ailə həyatı qurmaqda çətinlik çəkirlər. Bu bizdə belədir. Yaxşı, bəs onlar ailə həyatı qurmalı deyillər?! Elə bəylər var ki, məhz kilolu xanımları sevir. Arıq bir xanım da ömür boyu subay qala bilər. Bu düşüncələr həqiqətən də yalnışdır. Xoşbəxtlik gəlinlik libası ilə, toyla, şan-şöhrətlə olmur ki. Ailə həyatı quranda 35 yaşında idim. Evlənmədiyim günə qədər bilmirdim ki, ailə gözəl şeydir. Mən də də elə düşünürdüm. Bəzən gənc xanımlarımız ailə həyatının ciddiliyinin fərqinə varmırlar. Amma insanın övladı olandan sonra, sevdiyin insan yanında olanda dünyanın ən xoşbəxti olursan. Bütün qızlara ər çörəyi yemək qismət olsun".
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında aktrisa Xuraman Əlizadə deyib.
  
"Kiçik bir su şirkətimiz var. Onu evlərə çatdırılma edirik. Hamı bilir ki, mənim əlimdən gəlməyən iş yoxdur. Yaxşı yeməklər, şirniyyatlar hazırlayıram. Ona görə də ev şirniyyatları, xəmir yeməkləri sifarişi qəbul edirəm. Təbii ki, mən onları tək hazırlamıram, köməkçim də var. İnsan yaşa dolduqca başqa işlərlə də məşğul olmalıdır. O öz əlinin əziyyəti ilə qazanmalıdır. Uşaq böyüdürük, gələcəyini qurmaq lazımdır. 17 yaşından işləyirəm, çox əziyyət çəkmişəm. O vaxt seriallar, filmlər, reklamlar, xınalar, toylar çox idi, pis də qazanmırdım. Bu gün artıq o qədər də xına olmur. Yenə də bu günümüzə şükürlər olsun. Mənim ailəmdə huzur olmasa, heç sənəti də istəmərəm. Əsas ailəmdir. İnsanın ailəsində problem olanda heç sənət də yada düşmür", - deyə sənətçi bildirib.
 
Xuraman Əlizadə xanımlar arasındakı paxıllıqdan da danışıb.
 
 "Gözəl xanım görəndə ona o dəqiqə ona komplimentlər yağdırıram. Burada nə var ki? Ürəyi gözəl, iç dünyası təmiz olan xanımlar mənə elə gəlir ki, bunu deyirlər. O ki, içi qurdlu olanlar bunu heç vaxt demirlər",- deyə sənətçi bildirib.
 
Aktrisa xına mərasimlərinə onu dəvət edən şəxslərdən də danışıb.
  
"Bizi xalqımız dolandırır. Düzdür, indi xınayaxdı mərasimləri əvvəlki kimi çox olmasa da, amma yenə də şükür. Xınaya dəvət edəndə beh verilir. İnsanlar bilsin ki, beh qaytarılmır. Beh o vaxt qaytarıla bilər ki, problem mən tərəfdən olsun. Sən 150 manat beh vermisənsə, mən onu öz cibimə qoymuram ki. 100 manat musiqiçilərə, 50 manat da dekora verib o gün üçün zanit edirəm. Bəlkə elə sən məni məşğul etdiyin gün üçün mənə sifariş gələcəkdi? Bütün bunları nəzərə almaq lazımdır", - deyə aktrisa bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.