Şou-biznes

“Mən onu elə qəbul etmişəm”

6 Mart 2023 23:27
Baxış: 2 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Çinarə Əliyeva nişanlısı, estetik cərrah Ruslan Rəsulun əvvəlki evliliyi və qalmaqallı şəkildə ayrılmasından danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "MTV maqazin"ə müsahibəsində deyib. Çinarə bildirib ki, bu keçmişdə olan və bitmiş mövzudur.

"Olmuş-bitmiş bir işdir deyə, bu barədə danışmaq istəmirəm. Çünki bir neçə il bundan öncə evliliyi olub və ayrılıbsa, bu o demək deyil ki, o, həyatını qurmamalıdır. Bu hamının başına gələ bilər. Onun seçimi mən olmuşam, demək ki, qalan həyatını mənimlə davam etmək istəyir. Bu normaldır. Evdəkilər dedi ki, sən əsəbisən deyə çox dərinliyə getmə. Bilirdin ki, o ailəli olub, ayrılıb. Mən də onu elə qəbul etmişəm".

Qeyd edək ki, R. Rəsulun keçmiş ailəsinə fiziki şiddət göstərməsi və övladları üçün ödəməli olduğu alimenti vermədiyi barədə iddialar yayılmışdı. Ruslan isə açıqlama verərək sözügedən xəbərləri təkzib etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.