Şou-biznes

“18-19 yaşımda meyxana demişəm”

4 Mart 2023 10:28
Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakılı olan hər kəsin qanında meyxana var. 18-19 yaşımda meyxana demişəm. Əruz vəznini çox sevirdim. Düşünürdüm ki, bu da bir yaradıcılıqdır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri report-a müsahibəsində aktyor Kamran Ağabalayev deyib. Meyxana haqda fikirlərini bölüşən sənətçi bunu fitri istedad hesab etmədiyini söyləyib:

"Mən meyxanaya heç bir halda fitri istedad kimi baxmıram. Çünki dilimizdə an, at, əl, üz kimi sözlər var. Bunlarla qafiyələr qurub dərhal 50 uyğun söz tapmaq mümkündür. Müəyyən sözlər, texnikalar var, meyxana söyləyəndə ondan istifadə edilir. Əsas üç misranı zəncir formasında gətirən, dördüncü rədifi ona bağlayan şəxs güclü meyxanaçı sayılır. Onlar meyxana ustasıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.