Əməkdar artist Sevda Ələkbərzadə son zamanlar cavanların dünyasını dəyişməsi barədə yazıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi feysbukda status paylaşaraq ölümün ucuzlaşdığını bildirib:
"Ay Allah, ölüm necə ucuzlaşıb. Gündə bir xəbər! Balaca olanda ancaq arada yaşlı insanların rəhmətə getdiyini eşidərdim. Cavanlarım ölümü çox nadir halda baş verirdi. Onda da hamı şok olurdu. İndi nə oldu? Son illər uşaq, cavan... Bu bizim yaşam tərzimizdəndirmi? Qida, ekologiya, stressli həyatdanmı? Nədir? Hələ xəstəliklərdən danışmıram, bu başqa mövzudur".
Milli.Az