Həftələr əvvəl Xalq artisti Naibə Allahverdiyeva əməliyyat olunub.
Milli.Az xəbər verir ki, sənətkar bizim.media-nın əməkdaşı ilə söhbətində sinəsindən əməliyyat olunduğunu açıqlamışdı.
Aktrisa qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində əməliyyatından söz açıb.
Allahverdiyeva bildirib ki, sinəsinin ölçüsünü bir neçə dəfə kiçildib. Bununla yanaşı verilişin aparıcısı Elgiz Əkbər deyib ki, xanım sənətkarın əməliyyat zamanı sinəsində şiş aşkar olunub. Cərrahi müdaxilə zamanı aktrisanın bu problemi də aradan qaldırılıb.
Əməliyyatdan sonra özünü yaxşı hiss etdirdiyini söyləyən N.Allahvediyeva onkoloji problemdən azad olunduğu üçün həkiminə təşəkkürünü bildirib.
Milli.Az