Şou-biznes

Rövşanəyə YENİ VƏZİFƏ VERİLDİ

25 Fevral 2023 22:55
Baxış: 3 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm.

Milli.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist, tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.

O, verilişin şou xarakterli olmadığını bildirib:

"Rəhbərlik yeni dəyişib və bundan sonra kanalın hansı formatda olacağı haqda bir söz deyə bilmərəm. Amma mən əyləncə xarakterli aparıcı deyiləm. Yeni verilişim daha çox sosial, milli-mənəvi, ədəbiyyat, aktual mövzular istiqamətində olacaq. İki həftə şənbə-bazar da daxil olmaqla həftənin 7 günü də çalışacağam, daha sonra veriliş artıq həftə içi 5 gün olacaq. Həm də səhər proqramı komandasına mən rəhbərlik edəcəyəm".

Qeyd edək ki, aparıcı Turan İbrahimli ötən gün "Space" TV-nin efirindən işdən ayrıldığını deyib. O, kanalın yeni yayım formatına keçdiyini, indən sonra efirdə əsasən yumorlu verilişlərin yayımlanacağını, xəbər tipli proqramların olmayacağını deyib. Bu səbəbdən də işdən ayrıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.