Şou-biznes

"Teatrın direktoru dedi ki, bu boyla sənə zürafə rolu verəcəklər?" - VİDEO

22 Fevral 2023 02:44
Baxış: 2 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İstedadlı gənclər teatra yol aça bilmirlər. Amma axsayanlar, "əyri-üyrülər" hansısa yollarla gedib teatrda rol oynayırlar. Çox qəribədir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "ATV səhər"ə müsahibəsində deyib. Sənətçi hazırda istedadlı aktyorların teatrlarda işlə təmin olunmamasından gileylənib:

"Mənim fitri istedadlılardan ibarət bir qrupum var idi. Orada İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev kimi möhtəşəm aktyorların əvəzedicisi var idi. Onlar hazırda teatrda işləmirlər, klounluq edirlər. Çünki hansı teatra gedirdilərsə, sual verdilər ki, "Sənin nə qədər boyun var". İstedadlı idi, təkcə boya görə demirəm. Allah ona hər şey vermişdi. Gənc Tamaşaçılar Teatrına gedəndə direktor ona dedi ki, bu boyunla sənə zürafə rolu verəcəklər? Akademik Milli Dram Teatrına gedən bir tələbəmə də demişdilər ki, sənin nə boyda boyun var? Dedim ki, oğlum düz deyirlər, orada yəqin ki, balaca uşaqlar istəyirlər. Bu yanaşma düz deyil". 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri Gülşad Baxşıyeva hazırda təhsilin çox önəmli olduğunu bildirib:

"İndi elə bir dövrdür ki, təhsil hamı üçün önəmlidir. Biz buraya gələn tələbəylə dərhal tamaşa hazırlamırıq. Bəsit işlərdən başlayıb, mürəkkəbə doğru gedirik. İncəsənət universitetində tələbələrə istedad vermirik, istedadının üzə çıxması üçün doğru yolu göstəririk. Kimsə desə ki, İncəsənət universitetinə getdim və heç nə öyrənmədim, təqsir onun özündədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.