Şou-biznes

“Tünzalənin qızı tamaşada oynayacaq”

16 Fevral 2023 19:51
Baxış: 1 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tünzalə cəmi 2 həftə işləmədi. Səsi batdığı üçün gəlmədi. Üçüncü həftədə isə dünyasını dəyişdi. Birinci həftədə ayaqları tutuldu. Ardınca ağırlaşdı və ürəyi dözmədi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "7 canlı" verilişində deyib.

Aktrisa mərhum Əməkdar artist Tünzalə Əliyevadan danışıb: "Onun səsi batmasaydı, çəkiliş meydançasına gəlsəydi, yaşayardı. İşdən ayrı qala bilmirdi. Bacısına yazmışdı ki, bundan sonra danışa bilməyəcəyəm. Nitq qüsurlu uşaqlar üçün tamaşalar hazırlayacağam. O halda belə iş düşünürdü".

D. Əliyeva "Toppuş bacı"nın qızı Zəhra haqda bunları deyib: "Hər gün atası ilə qəbirüstünə gedir. Orada oturub Tünzalə ilə danışırdılar. Zəhra dərslərini, uğurlarını anası ilə bölüşür. Çox istedadlı uşaqdır. Onu teatra aparırıq, orada tamaşada oynayacaq".

Xatırladaq ki, T. Əliyeva yanvarın 22-də 49 yaşında vəfat edib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.