Şou-biznes

“Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

13 Fevral 2023 18:31
Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Ağalar Bayramov evində yıxılaraq, ayağından və başından aldığı ağır zədədən sonra Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçinin səhhəti ilə bağlı "Səhər mərkəzi" verilişinin canlı efirində videozəng vasitəsi ilə Əməkdar artislə əlaqə yaradılıb. 
Hazırda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan A.Bayramov sağlamlıq vəziyyətinin yaxşı olduğunu dilə gətirib:

Fevralın üçündən bu günə kimi, yatdığım xəstəxananın həkimləri əlindən gələn köməkliyi edir. Özümün səhlənkarlığı ucbatından evdə yıxıldım, başım divara dəydi. İndi xəstəxananın bütün həkim personalı qulluğumdadır.

Sistem altındayam, müalicələrim davam edir. İnşallah yaxşı olaram. İnanın, yüz Ağalar Bayramov qurban olsun, Türkiyənin dərdinə. Məni Türkiyədə baş verən zəlzələ üzür. Öz dərdim yadımdan çıxdı, qardaş Türkiyədəki fəlakət məni çox üzdü. Həkim isə mənə deyir ki, sənə həyacanlanmaq, üzülmək olmaz. Amma bu dərdə ürək dözmür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.