Şou-biznes

Azərbaycanlı "dollar milyarderi" Rəşid Sərdarovun oğlu evləndi - VİDEO

6 Fevral 2023 14:58
Baxış: 3 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Buro 24/7"nin baş redaktoru Yekaterina Darma sevgilisi, dollar milyarderi Rəşid Sərdarovun oğlu Timur Sərdarovla evlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, toy cütlüyün yaşadığı İtaliyada baş tutub. "Rus Elle"nin keçmiş baş redaktoru Yekaterina Muxina mərasimin videosunu teleqram kanalında paylaşıb.

Xatırladaq ki, ötən ilin dekabrında Yekaterina Darma və Timur Sərdarov valideyn olublar. Cütlüyün bir oğlu olub, adını da babasının şərəfinə Rəşid qoyublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.