Şou-biznes

"Yoldankeçən deyir, aktyoram"

30 Yanvar 2023 14:40
Baxış: 630

"Yoldankeçən deyir, aktyoram. Bir zarafat edib, deyirlər ki, aktyoram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Şou xəbər" proqramında deyib. Aktrisa rejissorların az maaş verməsindən gileylənib:

"Aktyor olmaq asan deyil. Bu, çox böyük və çətin sənətdir. Çəkirlər seriala, pul vermirlər. Baxın, görün Hollivudda, Türkiyədə necə qonorar ödəyirlər. O vaxt aktyorlar maşın, ev alırdılar. Bir rejissora qonorarımı deyirdim, qayıtdı ki, filan aktyora bu qonorarı verdim, razılaşdı. Özü də o, çox tanınmış idi. Xətrimə dəydi. Məktəb görməyənlər bura biznes üçün gəlirlər". 

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics