Şou-biznes

Brilliant: "Oğlum ailə qurduqdan sonra ayrı yaşamaq istəyir" - VİDEO

22 Yanvar 2023 16:11
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq, yəqin ki, belə bir qız lazımdır".

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, oğlu ailə qurduqda sonra ayrı yaşamaq istəyir: "İndi qızlar da, oğlanlar da kaprizlidir. Oğlum evləndikdən sonra birlikdə yaşamaq istəyərdim, amma gənclər ayrı yaşasa, yaxşıdır... Oğlum gec evlənsin, yetər ki, ayrılıq olmasın, Allah göstərməsin. Düzgün, sədaqətli olmaq lazımdır".

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.