“Gənc müğənnilər yaradıcılıq gündəliyimi vərəqləsəydilər bilərdilər ki...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hansı sahədə oluruqsa-olaq, hər birimiz bu günlərdə çox aktiv olmalıyıq. İstər yaradıcılıqda, istər yaşadığımız bu dövrün çətinliklərində, kişi-qadın, yaşlı-gənc demədən çalışmalıyıq. Yaradıcı insanlar da öz musiqiləri ilə, yetirmələri ilə vətənə dəstək olmalıdır. Mən xoşbəxtəm ki, bir neçə tələbəm musiqimizi xarici ölkələrdə, nüfuzlu müsabiqələrdə təbliğ edir. Bu gün gənclərin gələcəyi, onların yaxşı yaşaması üçün bizim görəcəyimiz işlər çox vacibdir".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.
Xalq artisti müasir mətbuatın xeyli yaxşılığa doğru dəyişdiyini bildirib.
"Bu gün mətbuatın, televiziyanın gücü həqiqətən də böyükdür. Mətbuatımız daha əvvəlki kimi deyil, hər şey yaxşılığa doğru dəyişib. Hər zaman mətbuatla dost olmuşam, çalışıram ki, bu gün də o dostluğu qoruyub saxlayım. Günün hansı saatında, hansı vaxtında mənə ehtiyac duyulursa "mən məşğulam", "işim çoxdur" deyə bilmərəm. Jurnalistlər bizə hər zaman dəstək olublar. Onların qələmləri tək biz müğənnilər üçün deyil, bütün sahələrdə çalışan insanlar üçün yararlı olub" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, yaradıcılığında daim ona dəstək olan insanlar olub.
"Çalışmışam ki, Azərbaycan musiqisini dünya xalqlarının bələd olduğu janrlarda oxuyub, onlara çatdırım. Bu kənardan asan görünə bilər. Heç vaxt "bunları mən təkbaşına etmişəm" deyə bilmərəm. İnsanlar var ki, başqalarının əməyini, əziyyətini qiymətləndirməyi bacarmırlar. Amma belə olmaz! Böyük layihələrimdə mənə mənəvi cəhətdən, musiqi tərəfdən kömək edənlər çox olub. Maddi tərəfini təbii ki, özüm etmişəm. Dəstəkçilərimdən biri də xalq artisti Siyavuş Kərimi olub. Biz Azərbaycan, aşıq, ozan musiqimizin sintezini başqa ölkələrdə nümayiş etdirmişik. O ölkələrdə bizi heyranlıqla dinləyirdilər. Ümumiyyətlə mənim yaradıcılıq gündəliyimi bu gün gənc müğənnilərimiz vərəqləyə bilsəydilər bilərlər ki, Azərbaycan xalqının əməkdar, xalq artisti olmağı üçün insan nə qədər əziyyətli və çətin yollar keçməlidir. Hər şeyə yüngül baxmaq olmaz, çətinliyini görmək lazımdır. Layihələrimin, mahnılarımın üstündə illərlə əziyyət çəkmişəm. Çəkilən əziyyət axır-əvvəl qiymətləndirilir" deyə xalq artisti bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz





