Şou-biznes

Çarli Çaplinin nəvəsi “Avatar-3”də mənfi obraz canlandıracaq - FOTO

20 Yanvar 2023 18:00
Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çarli Çaplinin nəvəsi Una Çaplin Ceyms Kemeronun "Avatar" franşizasının üçüncü hissəsində mənfi obraz canlandıracaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Avatar: Suyun yolu" filminin prodüseri Con Landau məlumat verib.

Una Çaplinin Varanq adlanan personajı Pandora planetinin yerli xalqlarından olan Navi Od qəbiləsinin başçısıdır. Prodüser Landau qeyd edib ki, bu xarakter aborigen qəbiləsinin digər nümayəndələrindən daha mənfi fiqur olacaq.

"Yaxşı insanlar var və pis insanlar var. Eyni şey Navi üçün də keçərlidir. Amma insanlar özlərini pis hesab etmirlər axı. Onların pis kimi qəbul etdiyimiz şeyə çevrilməsinin əsas səbəbi nədir?",  - deyə prodüser əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.