Şou-biznes

Mələkxanım səhnədən itən bacısı oğlu Mirkamildən DANIŞMAQ İSTƏMƏDİ - VİDEO

17 Yanvar 2023 20:38
Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mələkxanım Əyyubova səhnədən itən bacısı oğlu müğənni Mirkamil Kamilovdan danışmaqdan boyun qaçırıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Sözbaz" maqazin verilişinin müxbirinin "Mirkamil haradadır?" sualı ilə sənətkara müraciəti cavabsız qalıb.  

M.Əyyubova Mirkamilin adını eşidən kimi, müsahibəni yarıda saxlayıb və bacısı oğlundan danışmaq istəməyib.  

Xatırladaq ki, ötən il Ramal bildirib ki, Mirkamil sənətdən küsüb:  

"Bu sənətdəsənsə, küsmək olmaz. Mirkamilə də deyirəm, göz önündəyik. Nə etsək, bəlli olur. Deyirik, Mirkamil, gəl, daşı tök ətəyindən. Deyir ki, hələ hazırlaşıram".

Qeyd edək ki, Mirkamil Kamilov uzun illər əvvəl ürəyindən ağır əməliyyat keçirib. Ondan sonra o, səhnəyə geri qayıtsa da, müəyyən səbəblərə görə efirlərdən uzaqlaşıb. Həmçinin müğənni sosial şəbəkə hesabını da bağlayıb. Mələkxanım Əyyubova Ramalın bibisi, Mirkamilin xalasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.