Şou-biznes

Xanımını itirən Cavan Zeynallı özünə qapanıb - VİDEO

17 Yanvar 2023 18:56
Baxış: 1 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya Zeynallı iflicdən dünyasını dəyişib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişinin çəkiliş heyəti axşam saatlarında sənətkarın mərkəzdəki evinə yollanıb.

Lakin C.Zeynallı üzə çıxmayıb. Onun evində çalışan qadın isə bildirib ki, Röya xanımın ölüm xəbəri dünən yayılsa da, lakin o, ötən ilin dekabrın 29-da rəhmətə gedib, bir gün sonra isə Qusarda torpağa tapşırılıb.

O həmçinin əlavə edib ki, Xalq artisti xanımını itirdikdən sonra özünə qapanıb və telefonlara cavab vermir.

Röya xanımın 40 günü keçdikdən sonra o, mediaya açıqlama verəcək və dostları ilə görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.