Şou-biznes

“Gəl, Şəbnəmi apar, canımız qurtarsın”

15 Yanvar 2023 21:11
Baxış: 2 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Bəsti Bəkirova Xalq artisti Sərxan Sərxan və Əməkdar artist Şəbnəm Tapdığı evləndirmək istədiyini bildirib.

Bu haqda müğənni "Həyat tərzi" verilişində deyib. Bəkirova Sərxana səslənərək, Şəbnəmlə evlənməsini deyib:
"Sərxan, sən mənim neçə illik dostumsan. Ay Sərxan, gəl apar bu Şəbnəmi. Bilirəm, sən də orada təksən. Bilirəm ki, sənin ürəyində olan xanım Şəbnəmdir. Səndən xahiş edirəm, bu qalan ömrünü bu gözəl xanımla keçir. Gəl, bunu apar, bizim canımız qurtarsın. Moskvadadır, eşidir məni. Bakıya gələndə onunla görüşmüşük, demişəm ki, o qızı al. Sən də təksən, o da".
Proqramda qonaq olan Şəbnəm Tapdıq Bəstinin bu sözlərindən utanaraq, əlini üzünə tutub və "Bu nə deyir? Biabır olduq, bəsdir. Bunu montaj et, getsin" deyərək, etirazını bildirib.
Bəkirova isə "Heç nə montaj olunmayacaq. Səni Sərxana ərə verəcəyəm" deyə, Şəbnəmə səslənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.