Şou-biznes

Rəşad Dağlının oğlunun adından “TikTok” da FIRILDAQÇILIQ - FOTO

9 Yanvar 2023 14:00
Baxış: 1 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Rəşad Dağlının oğlu Yusifin adından sosial şəbəkədə pul yığılır.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə söz xiridarının övladı sosial şəbəkə hesabında paylaşım edib.

Rəşadın oğlu bildirib ki, "TikTok" platformasında "atama dəstək olun" adlı səhifə açılıb. 

Sözügedən hesabda Rəşadın oğlu Yusiflə fotosunu yayımlayaraq, insanlardan pul istənilib. "Bu insan Yusifin adından "TikTok"da pul yığır. Səhifəni şikayət edək" deyə, paylaşımda yazılıb.  

Hazırda isə Rəşad Dağlının "Instagram" hesabını onun qardaşı işlədir.  

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.    

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.