Şou-biznes

Təranə-Musa cütlüyünün Şahdağdakı QIŞ ROMANTİKASI - FOTO

7 Yanvar 2023 15:51
Baxış: 1 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənnilər Təranə Qumral və həyat yoldaşı Musa Musayev qış tətilinə yollanıblar.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, cütlük bəzi həmkarlarından fərqli olaraq ölkə xaricinə deyil, Şahdağa gediblər. 

Təranə əri ilə çəkdiyi sevgi və romantik dolu selfilərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qumral həyat yoldaşı ilə şəkillərinə "Bir kağıza sənsizlik yazdım. Yenə də cox xoşuma gəldi, cünkü sənsizlik belə sənlə başlayır... Ağlın bahar olunca, fikrin çiçək açar. Gözəl düşün ki, gözəl şeylər olsun..." şərhini yazıb. 

Qeyd edək ki, Musa-Təranə cütlüyünün Fidan, Qumral və Sevgimcan adlı üç qız övladı var. Fidan 9 il əvvəl Mirhüseyn adlı bəylə ailə qurub. Cütlüyün bu nikahdan iki oğlan övladı var. 
Digər qızı Qumral isə Natiq Abdul adlı şəxslə evlidir. Onların iki övladı var. Sevgimcan isə müğənnilik fəaliyyəti ilə məşğuldur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.