Şou-biznes

Aydan yeni doğulan qızından yazdı - FOTO

31 Dekabr 2022 12:05
Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən günlərdə ana olan aktrisa Aydan Axundzadə qızı ilə fotolarını paylaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, həyat yoldaşı İbrahim Çingizin də yer aldığı görüntüləri instaqram izləyiciləri ilə bölüşüb. Aydan yeni doğulan övladı Mehribanla bağlı bu sözləri yazıb:

"Hər şey bir anda necə dəyişirmiş! 9 ay bətndə olduğu müddəti demirəm... o vaxt tamam başqa idi. Onda da elə bilirdim ki, ondan doğma heç kim yoxdur. Ürəyimin altında ürəyi döyünürdü, vallah hiss edirdim. Amma... Sən demə, hələ tam bilmirmişəm. Bilmirdik.

Qucağımıza verilən andan əvvəlki dünya bir anda çilik-çilik olub dağıldı. Ardından yeni, tərtəmiz, tamam başqa hisslərlə dolu dünya boylandı. Demə, heç nəyin sənin qədər dəyəri yox imiş. Bu vaxta qədər sənsiz necə yaşamışıq biz, ay körpəm?! İbrahim, çox sağ ol, ailəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.